Terrorda yaralanan 12 nəfərin vəziyyəti kritikdir: aralarında uşaqlar da var


Yeni Zelandiyanın Kraysterç şəhərindəki iki məsciddə insanların güllələnməsindən sonra azı 12 nəfər xəstəxanada kritik vəziyyətdədir.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, xəsarət alanların əksəri 30-40 yaş arasında olan kişilərdir. Kritik vəziyyətdə olanlardan biri də 4 yaşlı qız uşağıdır. Daha iki uşaq – 2 və 13 yaşlı oğlan uşağının vəziyyəti stabildir. Terror aktı nəticəsində xəstəxanalarda 36 nəfər qalır.
Xatırladaq ki, martın 15-də Avstraliya vətəndaşı Brenton Tarrant Kraystçerç şəhərindəki iki məsciddə terror aktı törədib. Hücum nəticəsində 50 nəfər həlak olub. Məhkəmə B. Tarrantı aprelin 5-dək həbsdə saxlamaq qərarını verib. Saxlanılan iki şübhəliyə hələ ittiham irəli sürülməyib.

DİGƏR XƏBƏRLƏR

Top