islahatlar-derinlesecek-artiq-muvafiq-gosterisler-verilib

“İslahatlar dərinləşəcək, artıq müvafiq göstərişlər verilib”

qazaxda-bir-gecede-uc-nefer-bicaqlandi

Qazaxda bir gecədə üç nəfər bıçaqlandı

azerbaycanda-is-qurmaga-gelen-ecnebi-eziyyet-cekib-bizim-dilimizi-oyrenmelidir

"Azərbaycanda iş qurmağa gələn əcnəbi əziyyət çəkib bizim dilimizi öyrənməlidir"

çərşənbə, 20 mart 2019
AZ RU EN TR

CƏMİYYƏT

Tarixi səhv yazılan yumurta ilə bağlı “OBA”-dan AÇIQLAMA

16.03.2019 11:40 Oxundu 414

Dünən mətbuatda yayılan "OBA" marketlər şəbəkəsində martın 14-də satışa çıxarılan yumurtaların üzərində istehsal tarixi kimi 15.03.19-cu il göstərilməsi xəbərlərinə “OBA” rəsmiləri münasibət bildirib.
“OBA” marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elvin Babayev Yeniavaz.com-a verdiyi açıqlamasında bildirib ki, bu çap xətasıdır və problem istehsal prosesində çalışan personalın diqqətsizliyindən qaynaqlanır: “OBA marketlər şəbəkəsi olaraq məqsədimiz hər zaman müştərilərimizə təzə və keyfiyyətli məhsullar təqdim etməkdir. Sosial şəbəkələrdə yumurta ilə bağlı yayılan fotonu araşdırdıq. Muğan quşçuluq fabrikinə məxsus yumurtalar marketlərimizə gündəlik gətirilir. Foto paylaşılan günü Yasamal rayonunda yerləşən bütün marketlərə əməkdaşlarımız tərəfindən baxış keçirildi. Bütün yumurta qutuları və üzərindəki tarix yoxlanıldı. Lakin qeyd olunan halla qarşılaşmadıq. Müştəri ilə əlaqə saxladıq və müştərini marketə dəvət etdik. Müştəri aldığı bütün yumurtaları gətirdi. Lakin alınan yumurta kasetinin içində cəmi iki ədəd 15i tarixli yumurta aşkarlandı. Düşünürük ki, bu çap xətasıdır və bu problem istehsal prosesində çalışan personalın diqqətsizliyindən qaynaqlanır”.
Elvin Babayev həmçinin müştərilərdən OBA marketlər şəbəkəsində hər hansı xoşagəlməz halla qarşılaşdıqları zaman 055 450 40 50 (whatsapp qaynar xətti) nömrəsinə yazıb məlumat vermələrini xahiş edib.
Qeyd edək ki, məsələ ilə bağlı istehsalçı firma da açıqlama verərək printerdə xəta olduğunu bildirmişdi.