Azərbaycanda işsizlərin sayı artıb - RƏSMİ AÇIQLAMA


Bu ilin fevral ayında Azərbaycanda işsizlərin sayı artıb.
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu il mart ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 24 738 nəfər olub.
Məlumat üçün bildirək ki, fevral ayının 1-nə olan məlumatda göstərilir qeydiyyata alınan işsiz şəxslərin sayı 19 922 nəfər olub. Bu isə o deməkdir, son bir ayda işsiz şəxslərin sayı 24,2% və ya 4 816 nəfər artıb.
Onu da bildirə ki, ölkə üzrə ümumi işsizlərin sayı 253,9 min nəfərdir. Bu göstərici son bir ayda dəyişməz qalıb.

DİGƏR XƏBƏRLƏR

Top