Avstraliyalı terrorçu hakim qarşısına çıxarılıb


Yeni Zelandiyada iki məscidə hücum edərək 50 insanın öldürülməsində, 47 insanın yaralanmasında cinayətkar qismində saxlanılan Brenton Harrison Tarrant bu gün hakim qarşısına çıxarılıb.
Yeniavaz.com Guardian-a istinadla xəbər verir ki, Tarrant bir neçə adamı amansızca qətlə yetirmək günahı ilə hakim Paul Kelların qarşısına çıxarılıb.
Qeyd edək ki, cinayətkar haqqında məhkəməyə müraciət edilmədən həbs-qətimkan tədbiri alınıb.
Məhkəmədən sonra hakim hələ ki, cinayətin planlayıcısı kimi Tarrant göstərilsə də bu işdə başqalarının da ola biləcəyini deyib. Kraystçerç məhkəməsi törətdiyi cinayəti qəbul etməyən terrorçunun 5 aprelə qədər həbsdə qalmasına qərar verib.
Yeni Zelandiya mətbuatında yayılan xəbərlərə əsasən Tarrant məhkəmə prosesi zamanı törətdiyi əmələ görə peşmanlıq ifadə etməyib, hətta jurnalistlər foto çəkən zaman əlləri ilə nasist işarəsi göstərib.
Qeyd edək ki, Yeni Cənubi Gallerin Grafton şəhərində böyüyən Tarrant, cənub Dunedin şəhərində, Kraystçerçin 360 km cənubunda yaşayırdı.
Yeni Zelandiya polisi Kraystçerç məhkəməsini təhlükəsizliklə əlaqədar ictimaiyyətə bağladı, ancaq mətbuatın iştirakına icazə verilib.
Avstraliya polisi Tarrantın Grafton ətrafındakı əlaqələrini araşdırır.

DİGƏR XƏBƏRLƏR

Top