rusiya-azerbaycanlilari-ittifaqi-fuad-abbasovla-bagli-beyanat-yaydi-resmi

Rusiya Azərbaycanlıları İttifaqı Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ

xin-ermenistan-mxitaryanin-oz-texribatci-meqsedleri-ucun-istifade-edir

XİN: Ermənistan Mxitaryanın öz təxribatçı məqsədləri üçün istifadə edir

eflatun-amasov-moskvada-hebs-olunan-fuad-abbasovdan-yazdi

Əflatun Amaşov Moskvada həbs olunan Fuad Abbasovdan yazdı

çərşənbə, 22 may 2019
AZ RU EN TR

CƏMİYYƏT

Bakı-Gəncə qatarlarında qiymətlər iki dəfə endirildi - BAYRAM GÜNLƏRİNDƏ

16.03.2019 10:55 Oxundu 318


Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən qatarlarda qiymətlər endirilib.
Yeniavaz.com
“Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədi ilə Bakıdan 20.03.2019-cu il tarixində, bir reysə əlavə 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 09:45-də yola düşəcək və Gəncəyə saat 14:00-da çatacaq.

Həmçinin Novruz bayramı münasibəti ilə “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə bayram töhfəsi olaraq 17.03.2019-cu il tarixindən 31.03.2019-cu il tarixinədək qatarın bizness yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manatdan 25 manata endirilib. Standart və Birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılıb.