Goranboyda​ yük maşını yolu keçən piyadanı vuraraq öldürüb - VİDEO

 
Goranboyda yolu keçən piyadanı yük maşını vuraraq öldürüb. 
Yeniavaz.com xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax avtomagistralının Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 41 yaşlı Eldar Əmrahov yolu digər tərəfə keçmək istərkən, Gündüz Məmmədov idarə etdiyi yük maşını ilə onu vurub. Ağır bədən xəsarətləri alan Dəliməmmədli sakini, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
 
Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top