Terror qurbanlarının sayı artdı


Yeni Zelandiyanın Kraysçörç şəhərindəki Əl-Nur və Lindvud məscidlərinə edilən terror hücumu nəticəsində yaralananlardan biri dünyasını dəyişib.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin sayı 50-yə çatıb.

Hazırda 47 yaralının müalicəsi davam edir, vəziyyəti ağır olanlar var. Bu səbəbdən ölü sayının arta biləcəyi ehtimal edilir.

Qeyd edək ki, terror aktını Avstraliya vətəndaşı Brenton Tarrant törədib.

DİGƏR XƏBƏRLƏR

Top