Bakıda çörək dalınca gedən kişi yoxa çıxıb


Bakı sakini naməlum şəraitdə itkin düşüb. Hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Yasamal rayonu, Kazımzadə küçəsi ev 40-da yaşayan, 1982-ci il təvəllüdlü Xanbalayev Əliağa Məmmədağa oğlu evdən çörək almaq adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top