Mixail Saakaşvili: Rusiya bu ölkələrə hücum edəcək


Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili “Foreign Policy” jurnalındakı məqaləsində Rusiyanın hücum edə biləcəyi ölkələrin adlarını açıqlayıb.

Gürcü siyasətçi hamının gözlədiyinin əksinə onların keçmiş SSRİ ölkələrindən biri olmayacağını qeyd edib. 

M.Saakaşvilinin fikrincə, bunlar Avropa Birliyinin üzvü, lakin NATO-ya daxil olmayan İsveç və ya Finlandiyadır.

Onun yazdığına əsasən belə bir ssenaridə Rusiya NATO dövlətlərinin müqaviməti ilə rastlaşmaya bilər. 

Mixail Saakaşvili rus tanklarının heç bir əngəl olmadan Helsinki və ya Stokholma daxil olmasını mümkün saymasa da Rusiyanın şimal qanadında topladığı strateji qüvvələrlə planını asanlıqla həyata keçirə biləcəyini istisna etməyib.

Gürcüstanın keçmiş prezidenti Kreml tərəfindən dəstəklənən mətbuatın Rusiya əhalisini “NATO-nun mühasirəsi” və ya “Qərb rusofobiyası” kimi nağıllarla qorxutduğunu qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın əsas məqsədi ölkə daxilində təzyiq rıçaqları üzərində nəzarəti əldə saxlamaqdır. Zəif qonşunun ərazisinə müdaxilə etmək isə hakimiyyətin reytinqlərinə yaxşı təsir göstərə bilər.

“Beləliklə Rusiyanın “dünyada sürgün edilmiş dövlət” statusu aldığı bir vaxtda bu cür işğallar əhalinin “böyük dövlətə malik olmaq qürur hissini” çox gözlə təmin edə bilər”,-deyə Mixail Saakaşvili bildirib. (musavat)

DİGƏR XƏBƏRLƏR

Top