Ermənistan vətəndaşı Ukrayna Prezident Administrasiyasının əməkdaşını öldürdü


Kiyev polisi Ukrayna Prezident Administrasiyasının əməkdaşı Aleksandr Buxtatovun qətlində şübhəli bilinən 25 yaşlı Ermənistanın vətəndaşını həbs edib.

Bununla bağlı Kiyev polisinin “Facebook” hesabında məlumat verilib.

Məlumatlara əsasən, martın 13-ü yerli vaxtla 23:50-də şübhəli şəxs hələlik şəxsiyyəti məlum olmayan tanışı ilə birlikdə sərxoş vəziyyətdə Kiyevin Baqqovutovsk küçəsində qarət məqsədilə A.Buxtatova hücum edib.

Onlar zərərçəkmişin baş hissəsinə dörd zərbə endirib, mobil telefonunu və bank kartını götürərək, hadisə yerindən qaçıblar.

A.Buxtatovun cəsədi martın 14-də həmin küçədə aşkar edilib.

“İlkin ehtimallara görə, onun ölümünə səbəb xroniki ürək çatışmazlığı olub. Ölümünün dəqiq səbəbləri aparılacaq ekspertizadan sonra məlum olacaq”, - məlumatda bildirilib. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top