Bakıda məktəbli qız özünü binadan atmayıb - TƏFƏRRÜAT


Bakıda 17 yaşlı qız özünü 17 mərtəbəli binanın 16-cı mərtəbəsindən ataraq intihar etməyib.

Yeniavaz.com xəbər verir ki, bunu Unikal.org-a açıqlamasında 2002-ci il təvəllüdlü Ağazadə Mirfatimə Füzuli qızının yaxınları bildirib. Məlumata görə, hadisə martın 14-də, Yasamal rayonu  Əsəd Əhmədov 45 A ünvanında baş verib. Hadisə baş verən zaman qızın atası yatıb. Belə ki, 11-ci sinif şagirdi Mirfatimə hamamda olarkən halı pisləşib. Bu zaman o ayağındakı hamam başmağı ilə balkona çıxıb. Ayağı sürüşən 17 yaşlı qız məhəccəri alçaq olan balkondan yıxılıb. 16-cı mərtəbədən yerə yıxılan qızın cəsədi tanınmaz hala düşüb.

DİGƏR XƏBƏRLƏR

Top