Terrorçu silahın üstünə müsəlmanları qətl edənlərin adlarını yazıb - VİDEO


Yeni Zelandiyada məscidə girərək 49 nəfəri öldürən və bir o qədər insanı yaralayan terrorçunun silahının üstündə yazılanlar məlum olub. 
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, istifadə olunan avtomatların üstündə, hadisəyə qədər dünyanın fərqli ölkələrində müsəlmanlara qarşı kütləvi qırğınlar törətmiş bəzi insanların adları yer alıb. 
Avtomat daraqlarından birində Kosova müharibəsi zamanı Osmanlı Sultanı Muradı şəhid edən Miloş Obiliçin də adının olması diqqətdən yayınmayıb. Bu, Breton Tarrant adlı terrorçunun terror aktını törətməmişdən bir neçə gün əvvəl sosial şəbəkələrdə yaydığı silah şəkillərindən məlum olub.

DİGƏR XƏBƏRLƏR

Top