Xaricdən gətirilən ətin gömrük dəyəri 20 qəpik aşağı düşüb - 1 kiloqramı 2,3 manat olub


Bu ilin ilk 2 ayında xaricdən Azərabaycana 12 milyon 615,3 min dollar dəyərində 9 141 ton ət gətirilib.
Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, idxal olunan ətin 1 kiloqramının gömrük dəyəri 2,3 manat (1,38 dollar) olub.
Qeyd edək ki, ötən ilin analoji dövründə xaricdən Azərabaycana 8 milyon 789,8 milyon dollar dəyərində 5 862 ton ət gətirilib. Nəticədə idxal olunan ətin 1 kiloqramının gömrük dəyəri ötən ilin ilk 2 ayında 2,5 manat (1,49 dollar) olub.

DİGƏR XƏBƏRLƏR

Top