Sumqayıtda 2 qardaş kirayə götürdüyü "Hyundai"la​ ağır qəzada ÖLDÜLƏR - YENİLƏNİB

Sumqayıtda baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub.

Qəza nəticəsində 2003-cü il təvəllüdlü Zəkiyev Mikayıl Məzahir oğlu və onun qardaşı, 1996-cı il təvəllüdlü Zəkiyev Vahid Məzahir oğlu aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.

Qəza nəticəsində daha üç nəfər - Nəbiyev Cəbi Müdürxan oğlu, Zəkiyev Fərid Məzahir oğlu və Cəfərov Cabir Aslan oğlu xəsarət alıb. Yaralılar Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Onu da qeyd edək ki, qəzaya düşən "Hyundai" markalı avtomobil kirayəyə götürülüb. Onlar həmin avtomobillə toya gedirmiş. (ONA)

***15:19

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı minik avtomobilləri toqquşub. Nəticədə iki nəfər hadisə yerində ölüb.

Ölənlərdən biri, 1995-ci il təvəllüdlü Zabit Aslan oğlu Cəfərovdur. Digər ölən şəxsin kimliyi müəyyənləşdirilir. Yaralılar isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top