islahatlar-derinlesecek-artiq-muvafiq-gosterisler-verilib

“İslahatlar dərinləşəcək, artıq müvafiq göstərişlər verilib”

qazaxda-bir-gecede-uc-nefer-bicaqlandi

Qazaxda bir gecədə üç nəfər bıçaqlandı

azerbaycanda-is-qurmaga-gelen-ecnebi-eziyyet-cekib-bizim-dilimizi-oyrenmelidir

"Azərbaycanda iş qurmağa gələn əcnəbi əziyyət çəkib bizim dilimizi öyrənməlidir"

çərşənbə, 20 mart 2019
AZ RU EN TR

CƏMİYYƏT

Yeni Zelandiyadakı TERRORDA istifadə olunan silahların daraqlarında ERMƏNİCƏ yazılar olub - FOTOLAR

15.03.2019 14:30 Oxundu 713

Yeni Zelandiyada 2 məscidə edilən hücum zamanı istifadə olunan silahların daraqlarında ermənicə yazılar olub.

Bu barədə “Daily Mail” yazıb. Hücumu törədən avstraliyalı Brenton Tarrant hadisədən əvvəl silahın və daraqların fotolarını özünün “Twitter” səhifəsində paylaşıb. Daraqların üzərində gürcü, rus, erməni və digər dillərdə adlar və digər yazılar olub.

Gürcüstanın “Rustavi 2” kanalı isə daraqların üzərində gürcücə Davit Aqmaneşebeli və David Soslani adlı iki gürcü çarının adının yazıldığl barədə məlumat yayıb.

Brenton Tarrant hücum anını da çəkərək sosial şəbəkələrdə yayıb.

Bu gün səhər saatlarında Yeni Zelandiyanın Kraystçerç şəhərində 2 məscidə silahlı hücum olub. Hadisə nəticəsində 49 nəfər ölüb, 47 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Atəş açanlardan biri - Qrafton şəhərinin sakini Brenton Tarrant hazırda axtarışdadır. Hadisədə şübhəli bilinən daha 4 nəfər saxlanılıb.

(ONA)