rusiya-azerbaycanlilari-ittifaqi-fuad-abbasovla-bagli-beyanat-yaydi-resmi

Rusiya Azərbaycanlıları İttifaqı Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ

xin-ermenistan-mxitaryanin-oz-texribatci-meqsedleri-ucun-istifade-edir

XİN: Ermənistan Mxitaryanın öz təxribatçı məqsədləri üçün istifadə edir

eflatun-amasov-moskvada-hebs-olunan-fuad-abbasovdan-yazdi

Əflatun Amaşov Moskvada həbs olunan Fuad Abbasovdan yazdı

çərşənbə, 22 may 2019
AZ RU EN TR

CƏMİYYƏT

Sabahdan bu avtobusların hərəkət sxemi dəyişdiriləcək - DİQQƏT

15.03.2019 14:16 Oxundu 269

Bakı Nəqliyyat Agentliyi (BNA) Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilə birgə əməkdaşlığı çərçivəsində Yasamal Yaşayış Kompleksində yaşayan sakinlərinin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə bir neçə marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
Yeniavaz.com-un BNA-ya istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən, 16.03.2019 tarixindən 206 və 211 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar kompleksin ərazisindən keçməklə hərəkət edəcək.

Xatırladaq ki, MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi ərazisində nəqliyyat vasitələrinin və piyadaların rahat hərəkətinin təşkili üzrə işlər BNA tərəfindən həyata keçirilib. Kompleksin ərazisində piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkəti Avropa standartlarına və ən əsası müasir şəhərsalma prinsiplərinə uyğun təmin edilib.

Tikinti obyektlərinin layihələndirilməsi zamanı nəqliyyat məsələlərinin düzgün təşkilinin zəruriliyini nəzərə alaraq BNA əməkdaşlığa hazır olduğunu bəyan edir.