tokayev-qazaxistan-prezidenti-vezifelerinin-icrasina-basladi

Tokayev Qazaxıstan Prezidenti vəzifələrinin icrasına başladı

islahatlar-derinlesecek-artiq-muvafiq-gosterisler-verilib

"İslahatlar dərinləşəcək, artıq müvafiq göstərişlər verilib"

qazaxda-bir-gecede-uc-nefer-bicaqlandi

Qazaxda bir gecədə üç nəfər bıçaqlandı

çərşənbə, 20 mart 2019
AZ RU EN TR

İQTİSADİYYAT

Aydın Əliyev büdcəyə Səfər Mehdiyevdən daha çox pul ödəyib?

15.03.2019 12:58 Oxundu 319

Bu ilin fevral ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 3 milyard 25 milyon 687,7 min dollar olub.
Yeniavaz.com Dövlət Gömrük Komitəsi tərəfindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ay ərzində dövlət büdcəsinə ödənilən gömrük ödənişlərinin məbləği isə 197 milyon 666,2 min dollar (336 milyon 32,6 min manat) olub. Açıqlanan məlumatlardan belə görünür ki, dövlət büdcəsinə ödənilən gömrük ödənişləri xarici ticarət dövriyyəsinin 6,5%-i həddində olub.
Məlumat üçün qeyd edək ki, xarici ticarət dövriyyəsinə nisbətdə dövlət büdcəsinə ödənilən gömrük ödənişlərinin payı ötən ilin fevral ayında daha yüksək olub. Belə ki, ötən ilin fevral ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 1 milyard 934 milyon 144,9 min dollar,  dövlət büdcəsinə ödənilən gömrük ödənişlərinin məbləği isə 129  milyon 213,9 min dollar (219 milyon 663,6 min manat) olub. Bu isə o deməkdir ki, ötən ilin fevral ayında dövlət büdcəsinə ödənilən gömrük ödənişləri xarici ticarət dövriyyəsinin 6,7%-i həddində olub.
Onu da bildirək ki, ötən il Dövlət Gömrük Komitəsinin rəhbərliyində dəyişiklik olub. Hazırkı sədr Səfər Mehdiyev ötən ilin aprel ayının 24-dən etibarən Komitəyə rəhbərlik etməyə başlayıb. Ötən ilin fevral ayında Komitəyə rəhbərlik Aydın Əliyev tərəfindən həyata keçirilib.
Qeyd edək ki, ötən ilin və bu ilin fevral aylarında xarici ticarət dövriyyəsinin neçə faizinin vergiyə cəlb olunduğu açıqlanmadığı üçün hansı dövürdə daha çox vergi və rüsumun toplandığı bilinmir. Lakin, gömrük ödənişlərinin ümumi ticarət dövriyyəsinə nisbətindən belə görünür ki, Aydın Əliyevin rəhbərliyi dövründə dövlət büdcəsinə ödənilən gömrük ödənişləri daha çox olub.