Rusiyada rüşvət verən azərbaycanlı peşman oldu: həbs və cərimə


Rusiyanın Perm vilayətinin Berezniki şəhərində məhkəmə Azərbaycanın 29 yaşlı vətəndaşına hökm oxuyub.
Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, həmyerlimiz vəzifəli şəxsə rüşvət verməkdə təqsirli bilinib. Azərbaycan vətəndaşı ötən ilin noyabrında Federal Təhlükəsizlik Xidməti İdarəsinin həyata keçirdiyi operativ-axtarış tədbirləri çərçivəsində saxlanılıb. Onun Rusiya ərazisində yaşamaq haqqı verən sənədi olmayıb. Qurumun əməkdaşları azərbaycanlının şəxsiyyətini müəyyənləşdirmək üçün onu polis şöbəsinə aparmaq qərarına gəliblər. Həmyerlimiz cəza almamaq üçün yolda qurum əməkdaşına 30 min rubl rüşvət verməyə cəhd edib. Cəhdin qarşısı alınıb. Yekunda o, 1,6 il müddətinə koloniyada həbs cəzası və 150 min rubl məbləğində cərimə alıb.

DİGƏR XƏBƏRLƏR

Top