Azərbaycanda orta aylıq əməkhaqqı 13 manat 10 qəpik artıb - RƏSMİ AÇIQLAMA


Bu ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 557 manat 20 qəpik olub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, yanvar ayı ərzində orta aylıq nominal əməkhaqqı 13 manat 10 qəpik və ya 2,4% artıb.
Orta aylıq nominal əməkhaqqı ötən ilin yanvar ayı ilə müqayisədə isə 38 manat 40 qəpik və ya 7,2% artıb.
Məlumatda həmçinin qeyd olunur ki, yanvar ayında iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

DİGƏR XƏBƏRLƏR

Top