Neftçalada avtomobil "zapçast"ı istehsal olunacaq

Neftçalada fəaliyyət göstərən avtomobil zavodunda ehtiyat hissələrinin istehsalı ilə bağlı Azərbaycan və İran arasında razılıq əldə olunub.
Bunu Azərbaycan-İran Hökumətlərarası Komissiyanın 13-cü iclasında çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan və İran əlaqələri yüksək səviyyədədir. İki ölkə arasında ticarət dövriyyəsi keçən il əvvəlki illərlə müqayisədə 74% artıb. Bu, çox yüksək göstəricidir: “Bu gün tərəflər arasında imzalanan sazişə əsasən, Neftçalada fəaliyyət göstərən avtomobil zavodunda yığılan avtomobillərin bəzi detalları istehsal olunacaq”. (ONA)

DİGƏR XƏBƏRLƏR

Top