Bakıda "qoçuluq" edən "Niva"lar cərimə meydançasında - FOTO


Bir müddət öncə Avtosfer.az portalında 10 NJ 666 və 02 BP 212 dövlət nömrə nişanlı "Niva" avtomobilin sürücüləri tərəfindən Yol Hərəkəti Haqqında Qanunlarının kobud şəkildə pozulması ilə bağlı  ünvanlanmış şikayət məktub əsasında yazı dərc edilmişdi.

Xatırladaq ki, 10 NJ 666 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Vaqif küçəsində qanunla qadağan edilən çox avazlı səs siqnallarında istifadə edib, manevr qaydalarını pozaraq hərəkətin digər iştirakçılarına maneə yaratmışdı.

Eyni zamanda  02 BP 212 dövlət nömrə nişanlı "Niva" avtomobilinin sürücüsü sükan arxasında spirtili içki qəbul edərək avtomobili sürməsi, həmçinin Rüstəm Rüstəmov küçəsində manevr qaydalarının pozulması və bununla yanaşı sosial şəbəkədə sürücünün digər küçə və prospektlərdə avtoxuliqanlıq əməllərinin video sübutu barəsində paylaşımlar olmuşdu. Araşdırma zamanı avtomobilin sürücüsü Saməddin adlı şəxsin avtomobili sənədsiz idarə etməsi faktı da aşkara çıxıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, yuxarıda qeyd edilən nəqliyyat vasitələri Dövlət Yol Polisinin əməkdaşları tərəfindən saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib və barələrində ciddi tədbir görülüb. 

DİGƏR XƏBƏRLƏR

Top