rusiya-azerbaycanlilari-ittifaqi-fuad-abbasovla-bagli-beyanat-yaydi-resmi

Rusiya Azərbaycanlıları İttifaqı Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ

xin-ermenistan-mxitaryanin-oz-texribatci-meqsedleri-ucun-istifade-edir

XİN: Ermənistan Mxitaryanın öz təxribatçı məqsədləri üçün istifadə edir

eflatun-amasov-moskvada-hebs-olunan-fuad-abbasovdan-yazdi

Əflatun Amaşov Moskvada həbs olunan Fuad Abbasovdan yazdı

çərşənbə, 22 may 2019
AZ RU EN TR

DÜNYA

Yeni Zelandiyada məscidlərə silahlı hücum: 49 ölü - YENİLƏNİB - VİDEO

15.03.2019 12:55 Oxundu 862


Yeni Zelandiyada iki məscidə hücum zamanı ölənlərin sayı 49-a çatıb, ən azı 20 nəfər yaralanıb.

Yeniavaz.com xairici KİV-ə istinadən xəbər verir ki, Avstraliya baş naziri Skott Morrison hadisənin Avstraliya vətəndaşlığı olan bir ekstremist terrorçu tərəfindən törədildiyini deyib.

O, şənbə günü səhər məhkəmə qarşısına çıxarılacaq.



***10:35


Yeni Zelandiyanın Kraystçerç şəhərində (Kenterberi vilayətinin inzibati mərkəzi) atəşin açıldığı hər iki insident terror hücumu olub.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Yeni Zelandiyanın Baş naziri Casinda Ardern deyib. Baş nazir təsdiq edib ki, hücum zamanı 40 nəfər ölüb: “Onlardan 30-u Əl-Nur məscidində və daha 10-u isə Linvudda ölüb. Həmçinin, 20-dən çox adam yaralı vəziyyətdə şəhər xəstəxanalarına yerləşdirilib”.

**09:16
Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məscidə silahlı hücum olub.
Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, hücum nəticəsində 27 nəfər ölüb.
Bildirilir ki, atışmada təqribən iki nəfər iştirak edib. Məlumata görə, 1 nəfər saxlanılıb. Lakin, silahlı şəxslərin daha çox olduğu bildirilir. Yerli xəstəxana qarşısında da atışma səslərinin eşidildiyi gələn xəbərlər arasında yer alıb.