Gürcüstan Prezidenti Yerevanda Azərbaycanı dəstəklədi - Ermənistanı işğalçı adlandırıb

 
Gürcüstan Prezidenti Salome Zurabişvili Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyib. Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, Gürcüstanın yeni seçilmiş Prezidenti Ernənistana səfəri zamanı bu ölkənin rəhbərliyi ilə danışıqlarının mövzularından biri regional münaqişələr olub.
 
Rəsmi Yerevan aydınlaşdırmağa çalışıb ki, S. Zurabişvili bu yaxınlarda Bakıda səfəri zamanı Gürcüstan və Azərbaycan torpaqlarının işğalı haqqında danışarkən nəyi nəzərdə tutub. Nəticədə Gürcüstan Prezidenti Dağlıq Qarabağ üzrə öz mövqeyini nəinki təsdiq edib, hətta Ermənistan rəhbərliyinin ünvanına ittihamlarla çıxış edib.
S. Zurabişvilinin sərt mövqeyi Gürcüstanın bütün postsovet dövrü ərzində Ermənistan-Azərbaycan münaqişəsi tərəflərindən bərabər məsafədə durmaq siyasətinə son qoya bilər.
 
 Yerevanda Gürcüstan Prezidentini qəbul edən Ermənistan rəhbərliyi onun Bakıda birmənalı olmayan bəyanatı üzrə izahatı ilə xüsusiylə maraqlanıb. S. Zurabişvili fevralın 27-də Azərbaycanda rəsmi səfərdə olarkən Azərbaycan və Gürcüstan ərazilərinin işğalı mövzusuna toxunub. Onun Gürcüstanın keçmiş muxtar vilayətləri olan Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən işğal edilməsi barədə ifadəsi heç kimi təəccübləndirməyib, çünki Gürcüstan rəhbərləri Moskvanın ünvanına bu cür ittihamlarla tez-tez çıxış edirlər. Lakin Gürcüstan Prezidenti bu dəfə mahiyyətcə ilk dəfə olaraq Ermənistanı Dağlıq Qarabağı və ona bitişik əraziləri işğal etməkdə açıq şəkildə ittiham edib.
 
S. Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevə xitab edərək deyib: “Biz demək olar eyni vaxtda ölkələrimizin müstəqilliklərini bərpa etdik və eyni faciələr yaşadıq”. Bununla belə, Gürcüstan dövlətinin başçısı “eyni faciələr” deyəndə məhz ərazilərin işğalını nəzərdə tutduğunu vurğulayıb. “İşğalşçı xətlər bizim üçün də sağalmayan yaradır” deyən S. Zurabişvili əmin olduğunu bildirib ki, Gürcüstan və Azərbaycan işğala baxmayaraq, dövlətçiliklərini gücləndirə və iqtisadiyyatlarını inkişaf etdirə biliblər.
 
Yerevanda, o cümlədən Ermənistan Prezidenti Armen Sarkisyan və Baş nazir Nikol Paşinyanla görüşlərdə S. Zurabişvilinin Bakı bəyanatları müxtəlif kəskin dərəcədə qaldırılıb. Ancaq Gürcüstan Prezidenti özünə bəraət qazandırmaq və ya bəyanatı ilə razı olmadığını bildirməyi düşünməyib. Əksinə o, erməni tərəfinin ünvanına qarşı bir sıra pretenziyalarla çıxış edib. Belə ki, Ermənistan Milli Assambleyasının sədri Ararat Mirzəyanla görüşdə S. Zurabişvili xəbərdarlıq edib ki, ölkəsi üçün Ermənistan tərəfindən Gürcüstanın ərazi bütövlüyünün  təkcə sözdə deyil, həm də əməldə dəstəklənməsi çox vacibdir. Dövlət başçısı diqqətə çatdırıb ki, qondarma Dağlıq Qarabağ nümayəndə heyətinin Abxaziya və Cənubi Osetiyaya səfərlərini nəzərdə tutur: “Səfərlərin təşkilatçıları bununla göstərirlər ki, bu münaqişələr simmetrikdir. Bu, çox məyusedicidir və ağrılıdır. Hesab edirik ki, burada (Ermənistanda) ölkəmizə qarşı olmalı olan xeyirxahlıq yoxdur”. 
 

DİGƏR XƏBƏRLƏR

Top