Afət Fərmanqızının mahnısını oxuyan tibb bacıları işdən qovuldu - VİDEO

Sosial şəbəkələrdə maraqla izlənilən bir videoçarx qalmaqala səbəb olub.

 Şəki Şəhər Mərkəzi Xəstəxanasında işləyən 5 tibb bacısı Afət Telmanqızının ifa etdiyi “Pəncü şeş” mahnısını oxuduqlarına görə işdən qovulub. Səbəb sosial şəbəkələrdə yayılan bu videoçarxın xəstəxana rəhbərliyinin narazılığına səbəb olmasıdır .

Bu barədə prodüser-aparıcı Tarix Əliyev (Tolik) öz Instagram səhifəsində məlumat verib.

O, işdən çıxarılan tibb bacısı ilə əlaqə saxlayaraq baş verən hadisə haqqında ətraflı məlumat əldə edib. 

Tibb bacısı baş verən hadisəni təsdiq edib:

“Şəki Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirov bizi-otağına çağıraraq sosial şəbəkədə yayılan görüntünün kim tərəfindən çəkildiyini soruşdu. Onu bütün ölkədə biabır etdiyimizi dedi. O bizə ya könüllü işdən azad olunmağımızı ya da rəhbərlik tərəfindən işdən azad olunaraq bir daha heç yerdə işləyə bilməyəcəyimizi dedi”.

Xatırladaq ki, Afət Telmanqızının dahi Nəsiminin qəzəlinə bəstələdiyi  “Pəncü şeş” mahnısı ictimai qınaqla qarşılanmışdı.

 

 


(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top