Əlixan Rəcəbov: "Bu dələduzluq deyil bəs nədir?" - FOTO


Məşhur video-bloqqer Əlixan Rəcəbova qarşı dələduzluq edilib. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı bloqqer sosial şəbəkədə yazıb.
Əlixan Rəcəbova qeyd edib ki, Çingiz (TiVi Media) adında bir şəxs onun "Youtube" kanalının reklamdan gəlir məsələləri ilə məşğul olub: "Ancaq son aylar nə kanalımda toplanmış məbləği verir, nə zənglərimi cavablandırır. Araşdırma edəndən sonra öyrənmişəm ki, bu məsələdən məndən başqa xeyli adam əziyyət çəkir. Bu dələduzluq deyil bəs nədir? Niyə belə adamlar bu həndəvərlərdə fırlanır?"

 

DİGƏR XƏBƏRLƏR

Top