Dünyanın ən yaşamalı şəhərləri: Bakı 231 şəhər arasında... SİYAHI


Dünyanın ən yaşamalı şəhərlərinin reytinq siyahısı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, reytinq siyahısı dünyanın nüfuzlu araşdırma təşkilatlarından bir olan "Mercer" tərəfindən hazırlanıb.
Təşkilatın hazırladığı hesabatda dünyanın ən böyük 231 şəhəri daxil edilib.
Azərbaycanın paytaxtı Bakı şəhəri dünyanın ən yaşamalı şəhərlərinin arasında 195-ci sırada yer alıb. Keçmiş SSRİ arasında Bakı şəhəri 11-ci sırada olub. Qonşu ölkələr arasında isə yalnız Tehrandan öndə olub.
Dünyanın ən yaşamalı şəhərlərinin reytinq siyahısında keçmiş SSRİ və qonşu ölkələrdən olan şəhərlərin mövqeyini, eyni zamanda da ilk və son 3 şəhərin adlarını təqdim edirik:
 
1 - Vyana (Avstriya)
2 - Sürix (İsveçrə)
3 - Vankuver (Kanada)
 
81 -  Vilnus (Litva)
86 - Tallin (Estoniya)
90 - Riqa (Latviya)
130 - İstanbul (Türkiyə)
167 - Moskva (Rusiya)
170 - İrəvan (Ermənistan)
173 - Kiyev (Ukrayna)
174 - Sankt-Peterburq (Rusiya)
177 - Almatı (Qazaxıstan)
187 - Tbilisi (Gürcüstan)
188 - Minsk (Belarus)
195 - BAKI (AZƏRBAYCAN)
199 - Tehran (İran)
205 - Daşkənd (Özbəkistan)
206 - Bişkek (Qırğızıstan)
211 - Aşqabad (Türkmənistan)

229 - Sana (Yəmən Ərəb Respublikası)
230 - Bangi (Mərkəzi Afrika Respublikası)
231 - Bağdad (İraq)
 

DİGƏR XƏBƏRLƏR

Top