Jurnalistlər açıq məhkəmədən çıxarıldı - SƏBƏB


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlqar Həsənlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

Yeniavaz.com xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Nadir Əhmədli şifahi vəsatət qaldırıb. 

O, məhkəmə iclas zalında jurnalistlərin iştirak etməsinə etiraz etdiyini deyib. Zərərçəkmiş məhkəmədən xahiş edib ki, proses KİV nümayəndələrinin iştirakı olmadan keçirilsin. 

Vəsatət təmin edilib. Jurnalistlər məhkəmə zalından çıxarılıb. Daha sonra iclas media nümayəndələrinin iştirakı olmadan davam etdirilib. 

İttiham aktına əsasən, restoranlarda operator kimi çalışan İ.Həsənli "Ağ çiçəyim" restoranının sahibi Nadir Əhmədlinin etibarından sui-istifadə edərək, ona qarşı ümumilikdə 100 min manatdam artıq dələduzluq edib. 

Belə ki, o, N.Əhmədlinin sahibi olduğu restoranından kran və digər avadanlıqları götürüb. Daha sonra N.Əhmədlinin şikayəti əsasında İ.Həsənlinin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

DİGƏR XƏBƏRLƏR

Top