"Elə həkimlər vardı aylıq gəliri 101 min manat idi" - “Dərman mafiyası” işindən


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Fərman Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Yeniavaz.com xəbər verir ki, prosesdə əvvəlcə şahid qismində idarənin arxiv işçisi Nəzaket Cəlalqızı dindirilib. O bildirib ki, gedən proseslərdən ancaq Maliyyə Nazirliyinin apardığı yoxlamadan sonra məlumatı olub. 
Satınalma şöbəsinin mütəxəssisi Vüsalə Əliyeva ifadə verən zaman bildirib ki, şöbə işçilərinin işi verilən sifarişlərin siyahısını tutmaqdan ibarət olub: "Biz bütün prosesleri yalnız Fikrət Qədiməliyəvin icazəsi ilə həyata keçirirdik".

Daha sonra satınalma mütəxəssisləri Ş. Q ve M. E də şahid qismində dindirilib. Onlar da həyata keçirilən prosesləri Fikrət Qədiməliyəvin icazesi ile yerine yetirdiklerini bildiriblər. 
İdarənin planlama ve marketinq departamentinin əməkdaşı Leyla Mustafayeva ifadəsində bildirib ki, ambulator ve yataq xəstələrindən gələn gəlirdən müəyyən qədər faiz həkimlərin aldığı məvacibə əlavə olunurdu: "Elə həkimlər vardı ki, onların aylıq geliri 101 min manat idi. Bütün bu tənzimləmələr yalnız Fikrət Qədiməliyəvin xüsusi icazəsi ilə heyata keçirilirdi".
Daha sonra idarənin kadrlar şöbəsinin əməkdaşı A. N ifadəsində müqavilələri təsdiqlənməsi üçün özünün hazırladığını bildirib: '"Müqavilələri Fikrət Qədiməliyəv təsdiqləyirdi"
Əczaçı Ağadadaşov Cəfər ifadəsi zamanı aptekə gətirilən dermanların qeydiyyatlı olub olmamasından xəbərsiz olduğunu bildirsə də, hakim onun istintaqa verdiyi ifadəsinin ziddiyətli olduğunu deyib. Məlum olub ki, onun bu sahə ilə bağlı anlayışı çox zəifdir. Belə ki, o, əczaxana işinin təşkili ilə bağlı bir sıra mühün suala qərəzli cavablar verib. 
Şahid qismində həmçinin hospitalın əczaçısı Ramil Rəhimov və kassir Azad Mənsumov da dindirilib. 
Proses martın 11-nə təxirə salınıb. 

Qeyd edək ki, Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub.
Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 AZN təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə A.Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.
DGK-nın rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi F.Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.

DİGƏR XƏBƏRLƏR

Top