Türkiyə Futbol Federasiyasının prezidenti istefa verdi


Yıldırım Demirören Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti vəzifəsindən istefa verib.
Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, TFF-nin prezidenti vəzifəsinə yeni seçkilər seçilənədək  federasiyanın İdarə Heyətinin üzvü Hüsnü Güreli Y. Demirörenin səlahiyyətlərini icra edəcək. Y.Demirören istefa səbəbini İDDİA, Misli.com-un Demirören Holding-in nəzdinə daxil edilməsi ilə izah edib: “Bu günədək şərəf və qürurla daşıdığım bu milli vəzifənin mübahisələrə yol açmaması və ona kölgə düşürməmək üçün bu qərarı alıram”.  Y. Demirören 2012-ci il fevralın 26-dan bəri TFF prezidentidir.

DİGƏR XƏBƏRLƏR

Top