Azərbaycan MDB ölkələri arasında ekskursiya səyahəti üçün ən yaxşı üçlüyə daxil olub. Yeniavaz.com report.az-a istinadən xəbər verir ki, bu barədə "TurStat" analitik agentliyi məlumat yayıb. Azərbaycan aparılan sorğu nəticəsində 16 faiz səs toplayıb. Aparılan sorğu və ekskursiya turları bazarının tədqiqi nəticəsində birinci yeri 27 faiz səs çoxluğu ilə Belarus tutub. İkinci yerdə Qazaxıstan (22%) qərarlaşıb. İlk beşliyi Özbəkistan (12%) və Ermənistan (9%) qapayıb. Məlumata görə, MDB ölkələrində ildə 3 milyondan çox ekskursiya səyahəti və turu həyata keçirilir. Turların orta hesabla dəyəri 500-1000 dollar təşkil edir.