Bakıda məşhur “avtoş”u kim öldürdü? - QƏTLİN TƏFƏRRÜATI

Bakı şəhərinin Şüvəlan qəsəbəsində 2 nəfər güllələnib.

Yeniavaz.com saytı Publika.az-a istinadən xəbər verir ki, dünən günorta saatlarında Şərifov Vüqar Bəxtiyar oğlu qəsəbə sakini Babayev Cabir Yaşar oğlunu güllələyərək öldürüb. O, polisə gələrək könüllü şəkildə təslim olub.

Bildirilir ki, qətlə yetirilən Cabir Babayev Bakının məşhur "avtoş"larından olub və "Cabir-012" adı ilə tanınıb. Onun ölümü isə təsadüf nəticəsində baş verib. Belə ki, Cabirin dostu Vüqarın qardaşının üzünə "şram" atıb. O, da həmin şəxsi güllələmək istəyib və bu zaman atəş Cabirə tuş gəlib. Hadisə şahidləri Cabiri Vüqarın deyil, onun qardaşının güllələdiyini deyiblər.

Dünən Şüvəlan qəsəbəsinin başqa hissəsində də güllələnmə olub. Qəsəbədəki maşınqayırma pansionatının yaxınlığında 1986-cı il təvəllüdlü Əliyev Qorxmaz Adil oğlu qohumu, 1979-cu il təvəllüdlü Quliyev Sərvər Məmməd oğlunu güllələyib. Ağır xəsarət alan S.Quliyev xəstəxanaya çatdırılıb.

Bildirilir ki, Qorxmaz Əliyev maşınından qəfil silah götürərək atəş açıb, hadisənin səbəbi hələlik məlum deyil.

*** 15:19
"Instagram" və "Youtube" sosial şəbəkəsində Mərdəkan qəsəbəsində qətl hadisəsi törədilməsi barədə məlumat yayılıb.
Yeniavaz.com "Avtosfer.az"a istinadən xəbər verir ki, hər iki sosial şəbəkədə Bakıda "Cabir-012” ləqəbi ilə tanınan məşhur "avtoş”un ölümü barədə xəbərlər yer alıb. Bildirilir ki, hadisə noyabrın 17-də, saat 16-17 radələrində Mərdəkan qəsəbəsində baş verib. Cabirin güllələnərək öldürüldüyü bildirilir. Qeyd olunur ki, onun qardaşı da bir neçə il əvvəl güllələnərə qətlə yetirilib.
Məlumatı rəsmi qurumlarla dəqiqləşdirmək mümkün olmayıb. Lakin hər iki sosial şəbəkədə yayılan xəbərlərə yazılan şərhlərdə də Cabirin ölüm xəbərini təsdiq edənlər var.

DİGƏR XƏBƏRLƏR

Top