“WikiLieaks” ABŞ kəşfiyyatının daha bir sirrini açdı

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) malik olduğu “Athena” adlı texnologiya sayəsində məsafədən kompüterlərə giriş və onlarda saxlanılan məlumatları əldə edə bilir. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “WikiLieaks” təşkilatının yaydığı məlumatda deyilir. MKİ “Athena”nın köməkliyi ilə məsafədən əməliyyat sistemlərinin tənzimlənməsini dəyişdirə, viruslar daxil edə, sonra isə virusa yoluxmuş qurğulardan faylları ələ keçirə bilər. “Athena” “Windows” proqram təminatı ilə çalışan kompüterlərdə işləyir. MKİ proqramı ABŞ-ın kibertəhlükəsizlik məsələləri ilə məşğul olan “Siege Technologies” şirkəti ilə birgə hazırlayıb. “Athena” texnologiyaları haqqında sənədlər “WikiLieaks”in “Vault 7” (MKİ-nın materiallarının ən iri sızma silsiləsinin kod adı) adlı nəşrlər silsiləsinə daxildir. Qeyd edək ki, “WikiLieaks” inernetdə mənbə açıqlamadan müxtəlif xarakterli məxfi və gizli sənədlərin dərc edilməsi üzrə ixtisaslaşmış beynəlxalq qeyri-kommersiya təşkilatıdır.

DİGƏR XƏBƏRLƏR

Top