Bakıda şirkət əməkdaşları karantinin yumşaldılmasını qeyd etdi - VİDEO


Bakıda restoranların birində toy məclisinin keçirilməsi barədə sosial şəbəkələrdə videogörüntü yayılıb.

Yeniavaz.com-un “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən görüntülər toydan deyil. Həmin şəxslər karantin rejiminin yumşaldılmasını qeyd etmək üçün məclis təşkil ediblər.

Belə ki, fevralın 2-də Nizami rayonunda yerləşən “Muğam Ocağı” restoranında “Soel” parfum şirkətinin 14 əməkdaşı xüsusi karantin rejimi qaydalarının yumşaldılması ilə bağlı məclis təşkil ediblər.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top