Haiti prezidentinə sui-qəsdin qarşısı alındı


Haiti hüquq mühafizə orqanları prezident Jovenel Moiseyə qarşı sui-qəsdin qarşısını alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Agence France Presse” məlumat yayıb. Bildirilib ki, prezident Moiseyə sui-qəsd hazırlayan 20 nəfər saxlanılıb. 
Jovenel Moisey sui-qəsdin qarşısının alınmasından sonra “prezident sarayındakı təhlükəsizliyimdən məsul olan işçilərə təşəkkür edirəm”-deyə bildirib . 
Qeyd edək ki, uzun müddətdir Haitidə Moisenin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Etirazlarda radikal qrupların nümayəndələri də iştirak edir. 
Xatırladaq ki, son bir həftədə polislə toqquşmalarda ən az 5 nəfər ölüb və bir neçə nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top