"Azəri-Çıraq-Günəşli"yə xərclənən PULLAR – Son 8 ilin STATİSTİKASI


Ötən il ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinə 531 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 817 milyon dollar əsaslı məsrəflər xərclənib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2019-ci illə müqayisədə ötən il  AÇG layihəsində əməliyyat məsrəfləri 6,3% və ya 36 milyon dollar azalıb, əsaslı məsrəflər isə 23,1% və ya 341 milyon dollar artıb.
Son 5 ildə AÇG layihəsində əməliyyat və əsaslı məsrəflər belə olub:
  Əməliyyat
məsrəfləri
Əsaslı
məsrəfləri
2013 1 052 2 068
2014 1 000 2 300
2015 760 1 900
2016 503 1 450
2017 456 1 180
2018 505 1 150
2019 567 1 476
2020 531 1 817

Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 30,37%), SOCAR (25%), MOL (16 aprel 2020-ci il tarixindən “Şevron” şirkətini əvəz edib)  (9,57%), İNPEKS (9,31%), "Equinor" (keçmiş "Statoil") (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və ONGC Videş Limited (OVL) (2,31%) şirkətləridir.

DİGƏR XƏBƏRLƏR

Top