Röya Ayxan klinika işçisidir - Səhiyyə Nazirliyi


Xəbər verdiyimiz kimi, müğənni Röya Ayxanın peyvənd olunub.

Yeniavaz.com-un xəbərinə görə, Səhiyyə Nazirliyindən Qafqazinfo-ya bildirilib ki, ifaçı fotosunu paylaşdığı özəl tibb müəssisəsinin sadəcə bir işçisi kimi peyvənd olunub:

“Özəl tibb müəssisəsi Səhiyyə Nazirliyinə öz işçilərinin sayını təqdim edir və həmin say əsasında tibb işçilərinin peyvəndlənməsi üçün tibb müəssisəsinə peyvənd təqdim olunur. Əgər hər hansı bir tibb müəssisəsi bu peyvəndi kənar bir şəxsə vurarsa və ya satarsa buna görə müəyyən məsuliyyət nəzərdə tutulub. Bu işə nəzarət edən qurumlardan biri də Səhiyyə Nazirliyidir. Sözügedən məsələ ilə bağlı özəl tibb müəssisəsinin rəhbəri Barat Yusubov Səhiyyə Nazirliyinə bildirib ki, Röya xanım artıq 1 ildən artıqdır ki, həmin tibb müəssisəsində PR menecer vəzifəsində çalışır. Vergilər xidmətinin portalında da qeydiyyatdan keçib. Onların rəsmi ştatda olan işçisi kimi peyvəndlənmədən keçib”.

DİGƏR XƏBƏRLƏR

Top