Ukraynada elektrik stansiyasında partlayış olub


Ukraynanın Enerqodar şəhərindəki istilik elektrik stansiyasında partlayış baş verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, axşam saatlarında meydana gələn partlayış nəticəsində şəhərin yarısı qaranlığa qərq olub. Partlayışdan sonra stansiyada baş verən yanğını nəzarətə götürmək üçün hadisə yerinə 5 yanğınsöndürən maşın göndərilib. Şəhərdə su və internet kəsintiləri qeydə alınıb.
Səlahiyyətli şəxslər vətəndaşlara evlərinin şüşələrini açmaması ilə bağlı xəbərdarlıq edib.
Məsələ ilə bağlı açıqlama verən Enerqodar şəhərinin meri Dmitri Orlov bildirib ki, elektrik səhiyyə müəssisələrində və Zaporoji Nüvə Elektrik Stansiyasında fasiləsiz işləyir.

DİGƏR XƏBƏRLƏR

Top