DİN-dən COVID-19 xəstələrinin xəstəxanadan qaçması iddialarına CAVAB


"Sosial şəbəkələrdə aktiv koronavirus xəstələrinin xəstəxanadan qaçması ilə bağlı yayılan məlumatlar əsassızdır, yalandır".
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, yayılan məlumatlar tam və hərtərəfli olaraq yoxlanılıb:
"Sosial şəbəkə istifadəçilərinə tövsiyə edirik ki, hər hansı məlumatı paylaşarkən diqqətli olsunlar".
Qeyd edək ki, sosial şəbəkə istifadəçilərindən biri 25 nəfər COVID-19 xəstəsinin Bakıdakı xəstəxanadan qaçdığını iddia edib.

DİGƏR XƏBƏRLƏR

Top