Nazir müavini SOCAR-da edilən dəyişiklikdən danışdı


"Dövlət Neft Şirkətinin nə ləğv edilməsi, nə transformasiyası, nə də özəlləşdirilməsi gündəmdədir. Bunlar nəzərdə tutulmur".

Bunu iqtisadiyyat nazirinin müavini, SOCAR-ın Müşahidə Şurasınınü üzvü Rövşən Nəcəf deyib.

Dövlət rəsmisi bildirib ki, məqsəd Dövlət Neft Şirkətini daha güclü, beynəlxalq aləmdə daha rəqabətli etməkdir:

"Bütün bu dəyişikliklər sırf onun tarixi təkamül yolundan və həmin təkamülün doğurduğu çağırışlardan, ehtiyaclardan, yaranan zərurətlərdən irəli gəlir. Müşahidə Şurasının formalaşması Dövlət Neft Şirkətinin digər iri aparıcı neft-qaz şirkətləri ilə eyni səviyyədə korporotiv struktura malik olması, beynəlxalq aləmdə rəqabət qabiliyyəti olmasına yönəlmişdir.

Bütün neft-qaz şirkətləri özlərini yenidən kəşf edirlər və özlərini daha çox enerji şirkətləri kimi qələmə verməyə başlayırlar. Bu, onların öz inkişaf strategiyalarında öz əksrini tapır. Çünki uzun müddətdə alternativ enerji və digər enerji mənbələrindən istifadənin artması həmin şirkətlərin də həmin dövrə indidən uyğunlaşmasına zərurət yaradır. SOCAR-da aparılan bu struktur islahatlar şirkətin uzun müddətli rəqabət qabiliyyətinin təmin edilməsinə yönəlmiş addımlardır". (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top