Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində şəxsi heyətə bu generallar rəhbərlik edəcək - ADLAR


İşğaldan azad olunan Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində şəxsi heyətə rəhbərlik edəcək şəxslərin adları açıqlanıb.

Mərkəzdə türkiyəli şəxsi heyətə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətə isə general-mayor Viktor Fedorenko rəhbərlik edəcək.

Mərkəzin əsas məqsədi üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.

Qeyd edək ki, bu gün Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub. Açılış mərasimində Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin, Türkiyə Milli Müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu iştirak edib. //Report

DİGƏR XƏBƏRLƏR

Top