Fevralın 9-dan magistraturaya sənəd qəbulu başlayacaq


"Magistraturaya qəbul imtahanı fevralın 28-də keçirilməsi nəzərdə tutulur. Sənəd qəbulu isə fevralın 9-dan başlanılacaq".
Yeniavaz.com
xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib. Onun sözlərinə görə, keçən ildən fərqli olaraq bu il magistratura imtahanı bir mərhələdə baş tutacaq:
"Lakin birinci mərhələdə imtahan verənlərə iki dəfə şans veriləcək. Təbii ki, bu hələ ki, planlaşdırdığımız imtahandır”.
 

DİGƏR XƏBƏRLƏR

Top