Ölüm hökmü verilən, amma Heydər Əliyev tərəfindən əfv olunan sabiq nazir biznesini dayandırdı - FOTOFAKT


1993-cü ilin iyul ayından 1994-cü ilin oktyabr ayına kimi Azərbaycanın  kənd təsərrüfatı naziri vəzifəsində işləmiş Müzamil Abdullayev bundan sonra Rusiyda sahibkar kimi fəaliyyət göstərməyəcək.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı məlumat Rusiyanın vergi orqanının reyesterinə daxil edilib.
Qeyd edək ki, 1941-ci ildə Gəncə şəhərində anadan olan Müzamil İmran oğlu Abdullayev 2006-cı ilin yanvar ayından Rusiyada fərdi sahibkar kimi qeydiyyata alınıb. Rəsmi məlumatlarda sabiq nazirin əsas fəaliyyət istiqaməti kimi qida məhsulları, içkilər və tütün məmulatlarının topdan ticarətilə məşğul olduğu göstərilir.
Məlumat üçün bildirək ki, Müzamil Abdullayev işdə ciddi nöqsanlara yol verdiyinə görə Prezident Heydər Əliyevin 15 oktyabr 1994-cü ildə imzaladığı fərmanla tutduğu vəzifədən azad olunub.
1996-ci ildə sabiq nazir “Surət Hüseynov hadisələri”nə təqsirli bilinərək vətənə xəyanət ittihamı ilə həbs olunub və ölüm hökmü kəsilib. Daha sonra bu hökm ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib. 1999-cu ildə Prezident Heydər Əliyevin əfv fərmanı ilə azadlığa buraxılıb.
Onu da bildirək ki, Müzamil Abdullayev təkcə Rusiyada deyil, Azərbaycanda da  sahibkarlıq fəaliyyətilə məşğul olur. Sabiq nazir Vergilər Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində fərdi sahibkar kimi (VÖEN 7600687182 ) qeydiyyata alınıb.

DİGƏR XƏBƏRLƏR

Top