Şvartsneqqer koronavirusa qarşı peyvənd olundu


Məşhur "Hollywood" aktyoru Arnold Şvartsneqqer koronavirusa qarşı vaksin vurudurub.
Yeniavaz.com
xəbər verir ki, onun peyvənd vurdurması ilə bağlı videogörüntü Şvartsneqqerin sosial şəbəkə hesabında yayımlanıb.
Videoda aktyorun maşında əyləşdiyi və açıq pəncərədən ona peyvənd vurulması əks olunub.
Paylaşılan postda və videoda bu sözlər qeyd olunub:
“Heç vaxt növbə gözləməkdən bu qədər məmnun olmamışam. Uyğun vaxtda mənə qoşulun və peyvənd vurdurmaq üçün qeydiyyatdan keçin. Yaşamaq istəyirsənsə mənimlə birlikdə ol!"

 

DİGƏR XƏBƏRLƏR

Top