Azərbaycanda son 4 ildə ölənlərin sayı – Aylar üzrə TAM SİYAHI


Yola saldığımız 2020-ci ilin ilk 11 ayında Azərbayanda 61 min 147 ölüm halı qeyd alınıb.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumatlara istinadən bildirir ki, əhalinin hər 1000 nəfərinə düşən ölüm səviyyəsi 6,7% təşkil edib.
Vəfat edənlərin 13,7%-i və ya 8 378 nəfər ötən ilin noyabr ayında qeydə alınıb.
Qeyd edək ki, bu göstərici aylar üzrə qeydə alınan ən yüksək ölüm halıdır. Əvvəlki aylarda heç vaxt bu qədər ölüm qeydə alınmayıb. Əvvəlki ilin analoji dövrü ilə müqayisədə ötən ilin noyabr ayında ölüm halları təxminən 2 dəfə artıb.
Məlumat üçün bildirək ki, ölüm hallarının kəskin artması ötən ilin sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsində şəhid olan əsgərlərin sayı və ölkədə yayılan COVİD 19 pandemiyası ilə bağlıdır.
  2017 2018 2019 2020
Yanvar 6 085 5 284 5 432 5 177
Fevral 4 985 5 216 4 816 5 039
Mart 4 790 4 903 4 563 5 792
Aprel 4 824 5 003 5 324 4 511
May 4 954 4 871 4 555 4 294
İyun 3 839 4 015 4 055 6 203
İyul 4 804 5 520 4 902 6 410
Avqust 4 723 4 684 4 269 5 049
Sentyabr 4 085 4 144 4 101 4 520
Oktyabr 4 606 4 546 4 386 5 774
Noyabr 4 623 4 547 4 393 8 378
Dekabr 4 791 4 517 5 120 -

 

DİGƏR XƏBƏRLƏR

Top