Təbii qaz və elektrik enerjisini xaricə bu qiymətə satırıq – SON RƏQƏMLƏR


Ötən il Azərbaycandan xarici ölkələrə 12 milyard 424 milyon 490,4 min kubmetr təbii qaz ixrac edilib. 
Yeniavaz.com Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara istinadən bildirir ki, bu həcmdə təbii qazın dəyəri 2 milyard 190 milyon 522 min dollara bərabər olub. Bu isə o deməkdir ki, xaricə satılan elektrik enerjisinin 1 kubmetrinin gömrük dəyəri 17 sent və ya mövcud məzənnə ilə (1,70 $/azn) hesablandığı zaman 29 qəpik təşkil edib. Son bir ildə ixrac olunan təbii qazın gömrük dəyəri azalıb. Belə ki, 2019-cu ildə xaricə satılan təbii qazın 1 kubmetrinin qiyməti 19 sent (32 qəpik) olub.
Təbii qazdan başqa ötən il xarici ölkələrə 1 milyard 323 milyon 517 min kv/saat elektrik enerjisi ixrac edilib. Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara görə, bu həcmdə elektrik enerjisinin dəyəri 59 milyon 802 min dollara bərabər olub. Ötən il xaricə satılan 1 kv/saat elektrik enerjisinin qiyməti 4,5 sent və ya 7,7 qəpik təşkil edib. 
Məlumat üçün boldirək ki, təbii qazın daxili bazardakı qiyməti 20 qəpik (limitdən artıq olduqda), elektrik enerjisinin daxili bazardakı qiyməti isə 11 qəpiyə (limitdən artıq olduqda) bərabərdir.

DİGƏR XƏBƏRLƏR

Top