Fələstində 14 ildən sonra parlament seçkiləri keçiriləcək


Fələstində 14 ildir keçirilməyən seçkilər üçün artıq dəqiq vaxt təyin olunub. 
Yeniavaz.com
"İHA" ya istinadən xəbər verir ki, Fələstində parlament seçkiləri 22 mayda, prezident seçkiləri isə 31 iyul tarixlərində keçiriləcək.
Fələstinin dövlət başçısı Mahmud Abbas, bu il ümumi seçki və prezident seçkilərinin üç mərhələdə keçirilməsinə dair fərman imzalayıb. Mahmud Abbas işğal altında olan Qərbi Şəriyə, Qəzza və Şərqi Qüdsə də toxunaraq seçki komitəsinə demokratik bir seçki prosesi başlatması üçün təlimat verib. Fərman Qərb Şəriyənin mərkəzində yerləşın prezident Sarayında təşkil edilib. İmzalanma mərasimində Mərkəzi Seçki Komissiyasının başçısı Hanna Nasir da iştirak edib. 
Qeyd edək ki, Fələstində Qanunvericilik Məclisi üçün sonuncu dəfə parlament seçkiləri 2006-cı ildə keçirilib. Həmin seçkilərdə Həmas parlamentdə səs çoxluğuna sahib olub. Hazırkı dövlət başçısı Mahmud Abbas 2005-ci ildə keçirilən prezident seçkilərinin qalibdir.

DİGƏR XƏBƏRLƏR

Top