Nikol Paşinyan: "Qarabağın statusu məsələsi hələ müəyyənləşdirilməlidir, İrəvan danışıqlara hazırdır"


Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu gün Moskvada keçirilən üçtərəfli görüş başa çatıb.
Yeniavaz.com TASS agentliyinə istinadən xəbər verir ki, tərəflər arasındakı görüş 4 saata yaxın davam edib.
Rusiya, Azərbaycan və ​Ermənistan liderləri birgə bəyanatla çıxış edirlər.

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Dağlıq Qarabağın statusu həll olunmamış bir problem olaraq qalır: "Təəssüf ki, bu münaqişə həll olunmamış qalır. Əlbətdə ki, atəşkəs əldə etməyi bacardıq, amma hələlik həll edilməsi lazım olan bir çox məsələ var. Bu məsələlərdən biri də Dağlıq Qarabağın statusudur".

Paşinyan Ermənistanın ATƏT-in Minsk qrupu çərçivəsində danışıqları davam etdirməyə, xüsusən də bölgənin statusunun müəyyənləşdirilməsi məsələsinə hazır olduğunu qeyd edib.

Baş nazir, eyni zamanda, Ermənistanla Azərbaycan arasında hərbi əsirlərin mübadiləsi məsələsinin tam həll olunmadığını bildirib: "Hərbi əsirlər məsələsini tam həll edə bilmədik. Bu, çox həssas bir məsələdir və ən qısa zamanda həll etməliyik".

 

DİGƏR XƏBƏRLƏR

Top