Qazaxıstanda parlament seçkiləri keçirilir - Tokayev və Nazarbayev də səs verdi


Qazaxıstanda növbəti parlament seçkiləri keçirilir.
Yeniavaz.com
 "TASS"a istinadla xəbər verir ki, keçirilən seçkilər zamanı Qazaxıstan prezidenti Qasım Jomart Tokayev və sabiq prezident Nursultan Nazarbayev səs verib.
Tokayev jurnalistlərə açıqlamasında bildirib ki, parlamentdə fərqli partiyaların olacağına ümid edir:
“Ölkəmizin gələcəyi ilə bağlı parlamentdə müzakirələr olmalı və parlament çox keyfiyyətli qanunlar qəbul etməlidir. Yeni islahatlar hazırlanır, yanvarın 15-də parlamentdə Məclisin yeni tərkibinə müraciət edərək çıxış edəcəm. Və bundan sonra Milli İctimai Etimad Şurasının iclası keçiriləcək, burada islahatlarla bağlı çox ciddi bir müzakirə olacaq".
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev də parlament seçkilərində iştirak edib. Mətbuat xidmətindən verilən məlumata görə, o seçki məntəqələrindən birində öz səs hüququndan istifadə edib.
Qeyd edək ki, parlamentə daxil olmaq üçün partiyalar 7 faizlik baryeri aşmalıdır. Məclis ən azı iki partiyanın iştirakı ilə qurulur. Parlament seçkilərində ölkədə qeydiyyatdan keçmiş altı partiyadan beşi iştirak edir.
 
 

DİGƏR XƏBƏRLƏR

Top