“Qızı 5 kişi istəyirsə, özü həmin şəxslər arasında seçim etməlidir” - Deputat


“Bir qızı 5 kişi istəyir. Ancaq qız razılıq vermədən onunla evlənmək olmaz. O özü həmin şəxslər arasından seçim edir. Bu, ona Tanrı tərəfindən verilmiş üstünlükdür”.
Yeniavaz.com “qafqazinfo”ya istinadla xəbər verir ki, bunu vitse-spiker Fəzail İbrahimli parlamentdə çıxış edərkən deyib. O qeyd edib ki, gender bərabərliyini süni sürətdə yaratmaq olmaz: “Seçkili orqanlarda bu, təbii seçim olmalıdır. Biz deyə bilmərik ki, qadınları seçin. Əgər buna demokratik proses kimi yanaşırıqsa. Elm sahəsində bu belədir. Kimin savadı  varsa, o elm sahəsində yüksəlir. Gender  siyasəti əsasən qadınların hüquqlarının pozulması istiqamətində olmalıdır.  13 yaşında qızın ərə verilməsi  məsələsi  aktual olmalıdır. Bu sahə hüququ pozulmuş qadınların hüquqlarını bərpa etməkdən ibarətdir”.
Deputat Etibar Əliyev də bildirib ki, elm sahəsində  gender bərabərliyi axtarmaq düzgün deyil: “Elmdə gender bərabərlyi sahəsində tədqiqatlara ehtiyac var. Mən bu il üçün bir filosof qadın tanıyıram”.

DİGƏR XƏBƏRLƏR

Top