Çavuşoğlu Lavrovla Azərbaycan sərhədlərinin təhlükəsizliyini müzakirə edəcək


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Rusiya XİN başçısı Sergey Lavrovla Azərbaycan sərhədlərinin təhlükəsizliyini müzakirə etmək istədiyini açıqlayıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Çavuşoğlu Azərbaycanın sərhədlərinin təhlükəsizliyinin beynəlxalq hüquq normaları çərçivəsində təmin edilməsinin vacib olduğunu vurğulayıb:
"Bəzi məsələlərdə fikirlərimiz fərqli olsa da, Rusiya ilə bir çox sahədə əməkdaşlıq edirik. Suriyada fərqli baxışlarımız var, ancaq Astana prosesi sayəsində başlayan əməkdaşlığımız davam edir. Liviyada da fərqli tərəflərdəyik, amma daimi bir barışıq üçün Rusiya ilə yüksək səviyyəli əlaqələrimiz davam edir. Azərbaycan və Ermənistan mövzusunu da müzakirə edəcəyik, Azərbaycanın sərhədlərinin təhlükəsizliyinin beynəlxalq hüquq normaları çərçivəsində təmin edilməsi lazımdır. Bu məsələdə lazımlı addımları nəzərdən keçirəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top